Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Sənətkarlıq Diyarı" adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir

02 sentyabr 2025 | 15:38

Sentyabr ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətinin, Dövlət Turizm Agentlyinin və “ABAD”-ın birgə təşkilatçılığı ilə Şəkidə "Sənətkarlıq Diyarı" adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir.

Şəhərimizdə belə bir tədbirin keçirilməsi təsadüfi deyil. Çünki Şəki şəhəri 2017-ci ildən “Sənət və sənətkarlıq” tematikası  üzrə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin üzvüdür.

Tədbir zamanı ölkəmizin ayrı-ayrı bölgələrindən gələn “ABAD”çı sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq, onlar tərəfindən ustad dərslər nümayiş etdiriləcəkdir.

Tədbir Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin qarşısında keçiriləcəkdir, saat 14:00-da sənətkarlar əl işlərini hazırlanmağa başlayacaqlar, saat 17:00-da isə tədbirin rəsmi hissəsi keçiriləcəkdir.

Şəhər sakinlərinin, şəhərimizin qonaqlarının, turistlərin marağına səbəb ola biləcək tədbirdə hər kəsi gözləyirik!

Keçidlər