Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Sərhəd Qoşunları Günü qeyd olunub

18 avqust 2026 | 16:23

Avqustun 18-də Azərbaycan Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü münasibətilə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, sərhəd qoşunlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Şəki Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Mərkəzin əməkdaşı tərəfindən iştirakçılara Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi naminə göstərdiyi xidmətlərini əks etdirən eksponatlar və fotostendlər barədə geniş məlumat verilib.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində davam edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Hacı Hacıyev açaraq hərbi hissə əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edib və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin Xidmət əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov hərbi hissənin zabit və əsgər heyətini 18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə təbrik edib və bildirib ki, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust hər il sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə verdiyi xüsusi önəm, eləcə də cənab Prezident İlham Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində, Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət orqanına çevrilib və sərhədçilər 44 günlük Vətən müharibəsində qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla icra edərək, qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.

Tədbirdə DSX-nin şəhid hərbçilərinin ailə üzvləri və digər çıxış edənlər sərhəd mühafizə orqanları əməkdaşlarını təbrik edib, onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sərhədlərimizin təhlükəsizliyinin qorunub saxlanılması işində uğurlar arzulayıblar. 

Daha sonra, 18 avqust Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində dövlətimizin ordu quruculuğu mövzusunda mühazirə keçirilib və film nümayiş etdirilib.

Sonda tədbir Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Şəki şəhərində yerləşən N saylı hərbi hissəsində, orada xidmət edən müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqram və milli rəqs nümunələri ilə başa çatmışdır.       

Keçidlər