Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

05 iyun 2026 | 16:41

İyunun 5-də Şəkidə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini böyük ehtiramla anıblar.

Şəki Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Regional Su Meliorasiya Xidmətinin sifarişi ilə hazırlanmış “Suyun izləri” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik ediblər. Qeyd olunub ki, bu tarix ölkənin su ehtiyatlarının idarə olunması, meliorasiya və irriqasiya sistemlərinin inkişafı, içməli su təminatı və ekoloji tarazlığın qorunması istiqamətində çalışan mütəxəssislərin əməyinə verilən yüksək dəyərin ifadəsidir.

Vurğulanıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin içməli su və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, mövcud meliorasiya, irriqasiya və su təchizatı sistemlərinin tikintisi və yenidənqurulması sahəsində tədbirlər uğurla davam etdirilir.

Tədbirdə, son dövrdə Şəki rayonunda su təsərrüfatı və meliorasiya sahəsində görülən işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrə toxunulub.

Sonda su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir qrup işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

 

Keçidlər