Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə sudan istifadəyə dair maarifləndirici tədbir keçirilib

21 may 2024 | 11:32

Mayın 20-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi, yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin  iştirakı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu istiqamətdə rayonda həyata keçirilən iri lahiyələr barədə məlumat veriblər.

Tədbirdə, həmçinin, mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər