Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub

19 iyun 2026 | 16:38

İyunun 19-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə “Talassemiya – Qan Birliyi” adlı qanvermə aksiyası təşkil olunub.

Şəki Şəhər İcra Hakimiyyətinin, "Respublika Qan Bankı" PHŞ-nin Şəki Bölməsinin və talassemiyanın profilaktikası sahəsində  maarifləndirmə fəaliyyəti ilə tanınan sosial təşəbbüsçü Ayşən Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilən aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya xəstələrinə dəstək göstərilməsi və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətinin daha da geniş təşviq edilməsidir.

Aksiya çərçivəsində toplanan qan ehtiyatı laborator müayinədən sonra talassemiyadan əziyyət çəkən uşaqların müalicəsində istifadə olunmaq üçün “Respublika Qan Bankı” PHŞ-yə təhvil veriləcək.

 

Keçidlər