Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib

04 mart 2024 | 09:48

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə martın 3-də Şəkidə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

İmtahanların keçirilməsi üçün Şəki rayonunda 9 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 2009 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 23 imtahan rəhbəri və 193 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 161 zal ayrılıb.

İştirakçıların rahat şəkildə imtahan vermələri üçün zallarda zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.

Keçidlər