Şəkidə “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib
Oktyabrın 17-də “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ziyalılar, ağsaqqallar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə nəzər salınıb. Çıxış edənlər bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu öndər Heydər Əliyev xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi. Azərbaycanın müstəqilliyi məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Bildirilib ki, son 20 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərpa olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur.
Vurğulanıb ki, bu gün 32 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş qalib xalq kimi qarşılayırıq.