Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tələbələr üçün yay liderlik düşərgəsi davam edir

04 avqust 2022 | 08:16

Şəki Olimpiya İdman Kompleksində tələbələrin yay liderlik düşərgəsi davam edir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Əylənərək öyrənirik” devizi ilə keçirilən yay düşərgəsində respublikamızın müxtəlif ali məktəblərində təhsil alan və aktiv fəaliyyəti ilə seçilən 100 tələbə iştirak edir.

Olimpiya İdman Kompleksinin direktoru Yusif Qaffarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, düşərgənin proqramında panel görüşlərin, intellektual və idman oyunlarının keçirilməsi, Şəkinin tarixi abidələrinə ekskursiyaların təşkili nəzərdə tutulur.

Direktorun sözlərinə görə, düşərgə iştirakçıları artıq Milli Məclisin deputatları Vüqar İskəndərov və Müşfiq Cəfərovla görüşüblər. Görüş maraqlı və yaddaqalan olub, tələbələri maraqlandıran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tələbələrin yay liderlik düşərgəsi avqustun 6-dək davam edəcək.

Keçidlər