Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi yığıncaq keçirilib

10 may 2023 | 17:38

May ayının 10-da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş  rəsmi yığıncaq keçirilib.

Yığıncaqda şəhər  icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP-ın fəal üzvləri, millət vəkilləri, ziyalıların, gənclərin nümayəndələri, Şəki şəhər icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Ulu Öndərlə görüşlərin iştirakçısı olmuş şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevin Şəki şəhərinə səfərlərini, həmçinin, şəxsi həyatını, iştirak etdiyi beynəlxalq toplantıları və dünya liderləri ilə görüşlərini əks etdirən foto-sərgi ilə tanış olublar.

Şəki Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən yığıncağın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yığıncaqda geniş  məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illərdə və müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti haqqında geniş məlumat verilib, bu müddətdə Ulu Öndərin rəhbərliyi ilə respublikamızda və Şəki rayonunda görülmüş işlərdən söz açılıb, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.

Keçidlər