Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

30 noyabr 2023 | 08:13

Noyabr ayının 29-da “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə keçirilən aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP rayon təşkilatının fəalları, qazilər, idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.

Aksiya zamanı 100 ədəd eldar şamı əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitinin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.

Keçidlər