Şəkidə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş veloyarış keçirilib
05 may 2022 | 17:45
Mayın 5-də Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhər Gənclər və İdman idarəsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Şəki kuboku 2022" veloyarışı keçirilib.
Yeniyetmeler ve gencler arasında keçirilən veloyarışda 30-a yaxın velosipedçi iştirak edib.
Veloyarışın keçirilməsində məqsəd gənclərin bu idman növünə olan marağını artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Şəhərin “Olimpiya” dairəsindən start götürən yarış iştirakçıları Zərifə Əliyeva küçəsi boyunca 2 km yaxın məsafəni qət ediblər.
Yarışda finişə ən tez çatan 3 iştirakçı Şəki şəhər Gənclər və İdman idarəsi tərəfindən kubok və fəxri diplomlarla təltif edilmişdir.