Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan futzal üzrə “Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

17 may 2024 | 17:45

Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri başa çatıb.

Turnirdə 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Şəki Şəhər İcra Hakimiyyətinin komandası  Az-Trade MMC-nin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yerə Şəki Təhsil sektorunun, dördüncü yerə  Şəki Penitensiar müəssisəsinin komandası çıxmışdır.

Turnirin bağlanış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, hazırda ölkəmizdə idmana olan qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.

Sonda qaliblər  kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

 

Keçidlər