Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 10 mərkəzdə aparılıb

14 aprel 2025 | 17:02

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 13-də Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanı başa çatıb.

İmtahanların keçirilməsi üçün Şəkidə 10 mərkəz ayrılıb. Buraxılış imtahanları Şəki şəhərindəki 5, 7, 8, 11, 12, 14, 17 və 20 nömrəli tam orta məktəblərdə, Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olmaları üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Ümumilikdə 2470 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 31 imtahan rəhbəri və 237 nəzarətçi cəlb olunub. İmtahanların keçirilməsi üçün 197 zal ayrılıb.

Bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

 

Keçidlər