Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda toplantı keçirilib

27 avqust 2025 | 09:30

Avqustun 26-da Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda toplantı keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Heydər Əliyev Mərkəzinin məsul şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd olunub ki, 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi və siyasi iradəsi nəticəsində hazırlanıb. Bu sənəd ölkənin hüquqi əsaslarını formalaşdırmış, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoymuşdur.

Bildirilib ki, Konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb.

Vurğulanıb ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolu əks etdirir.

Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş olunub.

Keçidlər