Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.

12 dekabr 2025 | 12:17

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ulu Öndər  Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.

Ulu Öndərin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunmuşdur.

Dekabrın 12-də şəhər saatlarından başlayaraq Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, hərbiçilər, ictimaiyyətin nümayəndələri, gənclər Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad etmiş, mərkəzdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olmuşlar.

Keçidlər