Şəkidə Uşaq hüquqlarının müdafiəsi məqsədilə təlim keçirilmişdir
11 aprel 2023-cü il tarixdə Şəki Şəhər 10 nömrəli tam orta məktəbin akt zalında Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli və Şəki Şəhər İcra Hakimiyyəti Yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komisiyasının məsul katibi, böyük məsləhətçi Anar Məmmədov tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27.11.2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edimiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın 5.1.4-cü bəndinə uyğun olaraq uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Şəki-Zaqatala Təhsil İdarəsi Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin təşkilatçılarına, uşaq birliyi rəhbərlərinə, məktəb psixoloqlarına, sektorluğun nümayəndələrinə təlim keçirilmişdir.
Təlimdə ölkə rəhbəri tərəfindən imzalanan "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn məsələrə dair görülən işlərdən məlumat vermiş, ümümtəhsil müəssisələrində təhsil alan uşaqların hüquqlarından, həmin hüquqların müdafiəsinin təmin edilməsi və Fəaliyyət Planından irəli gələn tapşırıqların vaxtında yerinə yetirilməsini vurğulamış, çalışdıqları müəssisələrdə təhsil alan uşaqların davamlı olaraq uşaq hüquqlarının qorunması və müdafiəsinin təmin edilməsi yolları barədə onlara təlimatlar verilmiş, uşaq hüquqlarının qorunması və müdafiəsinin təmin edilməsinin vacibliyi bildirilmişdir.