Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 05:40

İyunun 1-də  “Heydər Əliyev İli” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib.

Festivalda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və həmin idarələrin tabeliyində olan müəssisələrin nümayəndələri, ümumtəhsil məkəblərinin şagirdləri, uşaq evinin, məktəbəqədər təhsil müəssisələrinin uşaqları, kiçik yaşlı şəhid övladları, valideyinlər, şəhər sakinləri iştirak ediblər.

Şəki şəhərinin mərkəzində yerləşən mədəniyyət və istirahət parkında keçirilən festivalda əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Festivalda Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs olunub. Bildirilib ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olmuşdur.

Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivallarının əsas məqsədi istedadlı uşaqların üzə çıxarılması, onların inkişafının təmin edilməsi, bilik və bacarıqlarının genişləndirilməsindən ibarətdir.

Festivalda Şəkinin uşaq musiqi məktəblərinin rəqs və xor kollektvlərinin maraqlı çıxışları olub, xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqların ifasında mahnılar, şeirlər səsləndirilib. Maraqlı musiqi nömrələri uşaqların böyük sevincinə səbəb olub.

Keçidlər