Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Ustad əllər" adlı mədəni-kütləvi tədbir keçirilib

13 sentyabr 2025 | 12:12

Sentyabr ayının 12-də Şəki Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentlyinin birgə təşkilatçılığı ilə Şəkidə "Ustad əllər" adlı mədəni-kütləvi tədbir keçirilib.

Yuxarı Karvansaray mehmanxana kompleksində Şəkinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi daxilində fəaliyyəti çərşivəsində keçirilən tədbir zamanı yerli sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları, qonaqlar sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı Şəki torpağının əsrlərlə sənətkarlar məskəni olduğunu, illər ötdükcə sənətkarların öz sənət sirlərini, qazandıqları təcrübəni gənc nəslə ötürərək bu günümüzə qədər yaşatdığını bildirib. Qeyd olunub ki, hazırda Şəkidə xalq tətbiqi sənətinin 20-dən artıq növü üzrə 200 nəfərdən çox sənətkar məşğul olur. Onların bir çoxu artıq beynəlxalq səviyyədə tanınan  sənətkarlardır.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş fond mühafizəçisi Nərgiz Ağayeva öz çıxışında  el sənətlərinin keçmişimizin yadıgarı, milli sərvətimiz olduğunu bildirib, bu sərvətin qorunub saxlanılmasının və dünyaya tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirin bədii hissəsində tamaşaçılara musiqi və rəqs nömrələri təqdim edilib.

Tədbir şəhərimizin qonaqlarının, turistlərin böyük marağına səbəb olub.

 

Keçidlər