Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

26 noyabr 2022 | 16:21

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün keçirilən tibbi aksiyaları davam etdirir. Növbəti aksiya noyabrın 26-da Şəki Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyada Şəki və ətraf rayonlarda yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 106 vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Vətəndaşlar onlara göstərilən tibbi xidmətdən məmnunluğunu ifadə edib, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər