Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

26 sentyabr 2025 | 09:53

Torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladları hər zaman sonsuz ehtirama layiqdirlər.

27 sentyabr - Anım Günün beşinci ildönümü münasibətilə Şəkidə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb.

Şəki şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət edib, əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Anım mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub, çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat və döyüş yollarından danışıblar.

Keçidlər