Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilir
25 sentyabr 2026 | 08:37
27 sentyabr - Anım Gününün altıncı ildönümü ərəfəsində Şəkidə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılır.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər və əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər. Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub.







