Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xocalı soyqırımı qurbanlarının xatiəsi yad edilib

26 fevral 2023 | 16:13

Xalqımızın yaddaşında tariximizin ən faciəli günlərindən biri kimi dərin iz buraxmış Xocalı faciəsindən otuz bir il ötür. Faciənin 31-ci ildönümü Şəki şəhərində silsilə tədbirlərlə qeyd olunmuşdur.

Fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət etmiş, şəhidlərin məzarları önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər.

Rayon ərazisində faciənin ildönümü ilə bağlı dövlət bayraqları endirilmişdir.

Keçidlər