Şəkidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aprelin 23-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki "ASAN xidmət" mərkəzinin rəhbərliyinin, könüllülərin iştirak etdiyi aksiyada Şəki Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə çoxlu sayda həmişəyaşıl ağaclar əkilib.
Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.