Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konfrans və ağacəkmə aksiyası keçirilib

05 aprel 2024 | 18:22

Aprelin 5-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Birlikdə yaşıl və sağlam gələcəyə doğru" mövzusunda konfrans keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, yerli özünüidarəetmə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi konfransda əvvəlcə Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini qeyd edib, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu bildirən icra başçısı bu il çərçivəsində ötən müddət ərzində Tədbirlər Planına uyğun olaraq Şəkidə görülən işlər haqqında məlumat verib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev 2024-cü ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmiz üçün əhəmiyyəti barədə maarifləndirici təqdimatla çıxış edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuş bir qrup şəxsə medallar təqdim olunub.

Tədbirdən sonra “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Şəki Heydər Əliyev Mərkəzinin ərazisində keçirilən aksiyada şəhər rəhbərliyi, idarə və müəssisələrin kollektivləri iştirak edib.

 

Keçidlər