Şəkidə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub
20 noyabr 2025 | 17:57
Noyabın 20-də Şəki Şəhər İcra Hakimiyyəti və YAP Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə keçirilən aksiyada Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının rəhbər şəxsləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və partiya fəalları iştirak ediblər.







