Şəkidə yollar xüsusi texnikalarla qardan təmizlənir
Yanvar ayının 2-də Şəkiyə intensiv qarın yağması ilə əlaqədar səhər saatlarından başlayaraq Şəki Şəhər İcra Hakimiyyəti, Şəki KTİB və “12 saylı Yol İstismarı” MMC tərəfindən operativ tədbirlər həyata keçirilmişdir.
Bununla əlaqədar şəhər ərazisində, eyni zamanda magistral yollarda xüsusi təyinatlı texnika tərəfindən yollar qardan təmizlənmiş, küçə və prospektlərə duz-qum qarışığı səpilmişdir. Görülən tədbirlər nəticəsində avtomobillərin hərəkəti tam təmin olunmuşdur. Mövcud hava şəraitinə baxmayaraq, rayon ərazisində elektrik enerjisi, təbii qaz və içməli su təchizatında hər hansı problem qeydə alınmayıb. Əhali fasiləsiz olaraq kommunal xidmətlərlə təmin edilir.
Hazırda aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.







