Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Zəfər Gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur” adlı ədəbi-bədii kompozisiya keçirilib

06 noyabr 2022 | 11:56

Noyabrın 5-də Şəki şəhəri Heydər Əliyev Mətkəzində Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərimiz qürurumuzdur” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri,  şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində təşkil edilmiş və Zəfər tariximizə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Məkrkəzin akt zalında davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Vətən müharibəsində qazanılmış tarixi Qələbədən söz açıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə  təbrik edib.

Bildirilib ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Sonra “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medalların təqdimatı mərasimi keçirilib.

Təqdimatdan sonra 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəyə həsr olunmuş "Zəfər Tarixi" adlı film nümayiş olunub.

Sonda Şəki Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Keçidlər