Şəkidə Zəfər Gününün beşinci ildönümü münasibətilə möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
08 noyabr 2025 | 22:00
Zəfər Gününün beşinci ildönümü münasibətilə noyabr ayının 8-də Şəki Şəhər İcra Hakimiyyətinin və “Kanal S” televiziyasının birgə təşkilatçılığı möhtəşəm konsert proqramı təşkil olunub.
Şəki şəhərinin Bayraq Meydanında təşkil olunmuş bayram konsertində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hərbiçilər, ictimaiyyətin nümayəndələri, gənclər, şəhər sakinləri və şəhərimizin qonaqları iştirak ediblər.
Konsertdə vətənpərvər ruhda mahnılar, şeirlər səsləndirilib, respublikamızın tanınmış müğənnilərinin və yerli ifaçıların çıxışları maraqla qarşılanıb.
Bayram tədbiri atəşfəşanlıqla yekunlaşıb.







