Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili gənclərə “Təhsil və karyera” layihəsi təqdim edilib

21 noyabr 2022 | 12:03

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəki nümayəndəliyi “Təhsil və karyera” layihəsi çərçivəsində gənclər üçün “Qeyri-formal təhsilin şəxsi inkişafda rolu” mövzusunda təlim təşkil edib.

GİKM-in Şəki nümayəndəliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimçi Şahin Qarakişiyev tərəfindən keçirilən təlim zamanı gənclərə təhsilin formaları, qeyri-formal təhsil və onun şəxsi inkişafda rolu barədə ətraflı məlumat verilib.

Təlimin sonunda gənclərlə mövzu ətrafında qrup işi yerinə yetirilib.

Keçidlər