Şəkinin Babaratma və Qudula kəndlərində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır
Məlum olduğu kimi, son günlər yağan güclü yağışlar nəticəsində yaranan sel suları rayonun Babaratma və Qudula kəndlərinin ərazisinə düşmüş və yol infranstrukturuna, həmçinin bir sıra fərdi yaşayış evlərinə, ev təsərrüfatlarına ciddi ziyan vurmuşdur.
Yaranmış vəziyyətlə bağlı dərhal ərazilərə aidiyyəti şəxlərin iştirakı ilə baxış keçirilmiş, müvafiq dövlət təşkilatları tərəfindən mövcud durumun aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
İlk gündən əraziyə müvafiq ağır texnika cəlb olunmuş, kənddaxili yolların hamarlanması işləri aparılmış, yollara ballast daşınaraq tökülmüş, ərazidən suyun ötürülməsi üçün kanallar qazılmışdır. Evlərini su basmış ailələlərin müvəqqəti yerləşməsi üçün xüsusi konteynerlərin gətirilməsi nəzərdə tutulmuşdur.
Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir.