Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baltalı kəndində səyyar qəbul keçirilib

06 fevral 2023 | 17:03

Fevralın 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baltalı kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyev cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışlarından bəzi məqamları iclas iştirakçlarına çatdırıb. Şəkidə ötən il həyata keçirilən və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Sonra kənd sakinləri Cəlilov Fikrət, Abdulxalıqov Tofiq, Xammədov Nicat və başqaları çıxış  edərək kənddə yeni tibb məntəqəsinin tikilməsi, köhnə elektrik dirəklərinin dəyişdirilməsi, kənd ərazisində artezian quyusunun qazılması və sair məsələləri xahiş ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Görüşdə ölkəmizin şimal-qərb və qərb rayonlarının ərazisində qəhvəyi mərmər bağacığının müşahidə edildiyi bildirilmiş, bu zərərverici ilə mübarizə tədbirləri barədə məlumat verilmiş, sakinlərə qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici buklet paylanmışdır.

Keçidlər