Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin məktəblərində Bilik Günü qeyd olunub.

16 sentyabr 2025 | 17:36

Şəki rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər təhsil sahəsində əldə olunan nailiyyətlərdən, qarşıya qoyulan hədəflərdən söz açıblar, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini də izləyiblər.

 

Keçidlər