Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təhsil müəssisələrində Bilik Günü qeyd olunub

15 sentyabr 2026 | 17:19

Şəki rayonunda fəaliyyət göstərən təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, ADPU-nun Şəki filialının, Şəki Dövlət Regional Kollecinin, Şəki Tibb Kollecinin, litsey və ümumitəhsil məktəblərinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər ötən tədris ilində təhsil sahəsində əldə olunan nailiyyətlərdən söz açıblar, müəllim, tələbə və şagirdləri “Bilik Günü” münasibətilə təbrik ediblər, onlara yeni dərs ilində uğurlar arzulayıblar.
Tədbirdə iştirak edən qonaqlar, təhsil müəssisələrində ilk dərs prosesini izləyiblər.

Keçidlər