Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin təsərrüfatlarında 111 min tondan çox qaba yem tədarük olunub

12 avqust 2022 | 12:42

Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar.

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək rayonun təsərrüfatlarında 111 min tondan çox qaba yem tədarük olunub. Tədarük edilən yemin 56,8 min tonunu quru ot, 54,2 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min tonadək artıb.

Təsərrüfatlarda, eyni zamanda, payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması da davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 27 min hektar sahədə şum aparıblar.

Keçidlər