Şəkinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi daxilində fəaliyyəti çərşivəsində daha bir tədbir keçiriləcəkdir
Sentyabr ayının 12-də Şəki Şəhər İcra Hakimiyyətinin və Dövlət Turizm Agentlyinin birgə təşkilatçılığı ilə Şəkidə "Ustad əllər" adlı mədəni-kütləvi tədbir keçiriləcəkdir.
Şəkinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi daxilində fəaliyyəti çərşivəsində keçirilən tədbir zamanı yerli sənətkarların əl işlərindən ibarət satış-sərgi təşkil olunacaqdır. Tədbirin bədii hissəsində tamaşaçılara musiqi və rəqs nömrələri təqdim ediləcəkdir.
Tədbirin keçirilməsində məqsəd tarixi-mədəni irsimizin yaşadılması, sənətkarlığın inkişafı və təbliğidir.
Yuxarı Karvansaray mehmanxana kompleksində keçiriləcək tədbir saat 17:00-da başlayacaqdır.
Şəhər sakinlərinin, şəhərimizin qonaqlarının, turistlərin marağına səbəb ola biləcək tədbirdə hər kəsi gözləyirik!







