Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib

10 may 2024 | 15:58

Mayın 10-da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının rəhbərliyi, huquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, idarə və təşkilatların kollektivlərinin üzvləri Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.

Şəki Heydər Əlliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və  Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının sədri Daşqın Mikayılov Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.

Bildirilib ki, 1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi. Ötən illərdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtarmış və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir. Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü işğal edilmiş  torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələndi. Ötən ilin sentyabr ayında aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Sonra tədbir Şəki Dövlət Regional Kollecinin hazırladığı konsert proqramı ilə davam edib.

Keçidlər