Şriftin ölçüsü :

Saytın rəngi :

Türkdilli ölkələrin səfirləri və beynəlxalq təşkilatlarının rəhbərləri ADPU-nun Şəki filialında olublar

19 may 2025 | 17:46

Azərbaycan Milli Elmlər Akademiyasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə keçirilən Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş konfransda iştirak edən türkdilli ölkələrin səfirləri və beynəlxalq təşkilatlarının rəhbərləri may ayının 19-da ADPU-nun Şəki filialında olublar.

ADPU-nin Şəki filialında pedaqoji heyətlə və tələbələrlə görüş zamanı çıxış edənlər şairin yaradıcılığından, Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.  Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur.

Görüş zamanı türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı məsələlərinə toxunulub.

Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Keçidlər