Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Şəki şəhərində səfərdə olub

07 yanvar 2026 | 17:18

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev yanvar ayının 7-də Şəki şəhərində səfərdə olub.

Səfər çərçivəsində səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, rayonda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Məlumat verib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Bu şəhər, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Qeyd edib ki, Şəki şəhəri bir sıra ölkələrin şəhərləri ilə qardaşlaşıb,  Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. 

Səfir Yuri Qusev qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkiyə ilk dəfədir rəsmi səfər etdiyini, bu şəhərdə olmağından çox məmnun olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa xatirə hədiyyələri təqdim edilib.

Keçidlər