Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın Azərbaycandakı səfiri Şəki şəhərində səfərdə olub

29 mart 2024 | 17:25

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Şəki şəhərində səfərdə olub.

Səfər çərçivəsində mart ayının 29-da səfir şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı icra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.

Səfir Vladislav Kanevski qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Qeyd edib ki, bölgəyə səfər etməkdə məqsədi Ukrayna-Azərbaycan regionlararası əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.

Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfiri Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası ilə tanış edib.

Keçidlər