Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə "Əsrə bərabər ömür" adlı tədbir keçirilib.
Mayın 7-də Şəki Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Əsrə bərabər ömür" adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzərək xatirəsinə ehtiramlarını bildiriblər, sonra mərkəzin foyesində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Şəki rayon təşkilatının rəhbərliyi, şəhid ailələrinin üzvləri, təhsil işçiləri, şagirlər iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev Ulu Öndər Heydər Əiyevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əsrə bərabər ömür” adlı sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Əməkdar müəllim, şəhid anası Dursun Cavadova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müsabiqələrin, fənn olimpiadalarının qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.
Tədbir bədii hissə ilə başa çatıb.