Ümumdünya irsi siyahısına daxil olan şəhərlərin 30-cu Həmrəylik Günü qeyd ediləcəkdir
Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan yerlərin yerləşdiyi şəhərdən ibarət beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. 1993-cü ildə Mərakeşdə, Dünya İrs Şəhərlərinin İkinci Beynəlxalq Simpoziumu əsnasında qurulmuşdur.
OWHC Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsini hədəfləyir. Həm regional, həm də beynəlxalq səviyyədə üzv şəhərlər arasında əməkdaşlıq, informasiya və təcrübə mübadiləsini təşviq edir.
Cari ilin sentyabr ayının 8-də Ümumdünya irsi siyahısına daxil olan şəhərlərin 30-cu Həmrəylik Günü qeyd ediləcəkdir.
Məlum olduğu kimi, 2019-cu ildən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Ümumdünya irsi siyahısına daxil olan şəhərlərin 30-cu Həmrəylik Günü münasibətilə Şəki şəhərində də müxtəlif tədbirlərin – sənətkarların əl işlərindən və rəsmlərdən ibarət sərgilərin, bələdçi turlarının təşkil olunması nəzərdə tutulmuşdur.