Şriftin ölçüsü :

Saytın rəngi :

UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə üzv şəhərlərin nümayəndələrinin iştirakı ilə UNESCO üzrə Milli Komissiyalarla onlayn görüş keçirilmişdir

18 dekabr 2024 | 15:12

17 dekabr 2024-cü il tarixdə, UNESCO-nun təşkilatçılığı ilə UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə üzv şəhərlərin də iştirakı ilə UNESCO üzrə Milli Komissiyalarla onlayn görüş keçirilmişdir. 

Görüşdə UNESCO-nun Xarici Əlaqələr Şöbəsinin Direktoru Dov Lunç, Afrika və Xarici Əlaqələr üzrə Baş Direktorun Köməkçisi Firmin Eduard Matoko, Baş Direktorun Mədəniyyət üzrə Köməkçisi Ernesto Otton məruzə ilə çıxış etmişdirlər.

Görüşdə, "Yaradıcı Şəhərlər Şəbəkəsi"nin mövcud vəziyyəti, fəaliyyət göstəriciləri, gələcək planları, Şəbəkənin hərtərəfli təkmilləşdirilərək inkişaf etdirilməsi, yeni şəhərlərin üzvlüyə qəbul edilməsi, Şəbəkəyə üzv şəhərlərin məlumatlarının (təqdimat və hesabatlar və s.) elektronlaşdırılması, yeni sənət sahələrinin açılması, istəyə müvafiq olaraq sahələr arasında keçidlərin elektronlaşdırılma imkanlarının yaxın aylarda istifadəyə verilməsi, yaradıcılığın sənət üzərində təsiri, yaradıcı sənət növlərinin cəmiyyətin inkişafına müsbət təsirləri, sosial-iqtisadi dirçəlməyə verdiyi töhfələr, həssas qrupa məxsus cəmiyyət üzvlərinin rifah səviyyələrinin yaxşılaşmasına şərait yaratması və s. mövzular ətrafında müzakirələr aparılmışdır. Görüşün son qismi sual-cavab formatında təşkil olunmuşdur. Görüşdə, Şəki Şəhər İcra Hakimiyyətinin UNESCO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nin şəhər üzrə məsul əlaqələndirici əməkdaşı iştirak etmişdir.

Keçidlər