Şriftin ölçüsü :

Saytın rəngi :

“UNESCO”nun “Sənətkarlıq və Xalq Yaradıcılığı” üzrə altşəbəkəsinin “İllik Yığıncaq” tədbiri keçirilmişdir

22 sentyabr 2026 | 17:00

17-19 sentyabr 2026-cı il tarixlərində Bolqarıstan Respublikasının Qabrovo şəhərində “UNESCO”nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nin “Sənətkarlıq və Xalq Yaradıcılığı” üzrə altşəbəkəsinin “İllik Yığıncaq” tədbiri keçirilmişdir.

Şəki şəhəri 2017-ci ildən “Yaradıcı Şəhərlər Şəbəkəsi”nin “Sənətkarlıq və Xalq Yaradıcılığı” üzrə altşəbəkəsinin üzvüdür. Ən çox üzvü olan bu altşəbəkəyə 80 şəhər daxildir və hər il yeni üzv şəhərlər seçilərək bura daxil olur.

Tədbirdə Qabrovo şəhər bələdiyyə sədri xanım Tanya Xristova açılış nitqi ilə çıxış edərək yaradıcı şəhərlərin iqtisadiyyat, turizm və sosial rifah sahəsində əhəmiyyəti, maddi və qeyri-maddi mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılması, süni zəka texnologiyasının sənət və sənətkarlığa ehtimal təsirləri, üzv şəhərlərin şəbəkə və altşəbəkədə fəaliyyətləri, hesabatları və sair mövzular haqqında məlumat vermişdir.

“İllik Yığıncaq” tədbirində iştirak edən yeni üzv seçilmiş şəhərlərin nümayəndələrinin təqdimatları dinlənilmişdir.

Tədbir müddətində iştirakçılar yerli sənətkarlıq nümunələri, milli mətbəx, milli rəqslər ilə yaxından tanış olmuş, “Yumor və Satira”, həmçinin “Regional Etnoqrafik Açıq Hava Muzey”lərinə ekskursiyalar etmişlər.

“UNESCO”nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nin “Sənətkarlıq və Xalq Yaradıcılığı” altşəbəkəsinin Şəki şəhəri üzrə məsul şəxsi Yusif Məmmədov tədbirdə iştirak edərək Qabrovo şəhər bələdiyyə sədri və digər nümayəndələrlə şəhərlər arasında mövcud əlaqələri və gələcək prespektivləri müzakirə etmiş və əlaqələrin inkişafı üçün bəzi layihələr gündəliyə daxil edilmişdir. Qabrovo tərəfindən daxil olan müraciətə əsasən bələdiyyənin internet resursları üçün müsahibə verilmişdir (https://gabrovo.bg/bg/news-article/14686).

Qeyd edək ki, Şəki və Qabrovo şəhərləri 2004-cü ildə qardaşlaşmışdır. Bu şəhərlər coğrafi, yumor və bir çox sənətkarlıq sahəsində ortaq xüsusiyyətlərə malikdir.

Keçidlər