Şriftin ölçüsü :

Saytın rəngi :

V Şəki Beynəlxalq Teatr Festivalında Qazaxıstandan gələn teatr kollektivinin çıxışı olub

03 oktyabr 2026 | 11:58

V Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü - oktyabrın 2-də Qazaxıstan Respublikasının Nartay Bekejanov adına Qızılorda Vilayət Qazax Akademik Musiqili Dram Teatrı rus dramaturqu Aleksandr Ostrovskinin “Tufan” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

Səhnə əsərində daxili mübarizə, ağrı və cəmiyyətin yaratdığı buxovlardan azad olmaq istəyən qadının hekayəsi əks olunur.

Səhnə əsərinin quruluşçu rejissoru Dina Jumabayeva, quruluşçu rəssamı Aynur Esbolatova, bəstəkarı NursultanTöreəlidir.

Tamaşada rolları Qazaxıstan Respublikasının Əməkdar Xadimi Zalipa Tulepova, Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Uğım Baymaxanov, aktyorlar Sanat Juzbay, Bayan Kali, Jauhar Yerkinova, Əzidolla Əzimtay, Nurseyit Sızdıkbayev, Sultanbek Bissenaliyev, Askar Orazaliyev, Janil Raxmetova oynayıblar.

Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər