Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların sağlamlığının təmin olunması və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması sahəsində maarifləndirici tədbir keçirilib

08 avqust 2025 | 09:54

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nın “Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi” bəndinə uyğun olaraq 07 avqust 2025-ci il tarixində Şəki Şəhər İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin və Fövqəladə Hallar Hazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri iştirak edib.

Əvvəlcə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ailə həkimi Rəna Kərimova çıxış edərək “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nın “Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi” bəndinə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Sonra isə “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin ailə həkimi Şəhla Alxasova “Sağlam həyat naminə  sağlam qidalanma, istivurma və günvurma, ilan və həşərat sancması, zəhərlənmələr zamanı ilkin tibbi yardım” mövzusunda çıxış etdi və bu barədə maarifləndirici videoçarx nümayiş olundu.

Fövqəladə Hallar Hazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı Emin Hüseynov yanğın təhlükəsizliyi qaydalarına əməl olunması barədə çıxış edərək tədbir iştirakçılarına məlumat verdi.

Keçidlər