Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 97-ci ildönümüdür

16 avqust 2022 | 11:13

Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Şairin anadan olmasının 97-ci ildönümü tamam olub.

Zəngin yaradıcılığı ilə yaddaşımıza hopmuş sənətkarımızı hörmətlə anırıq…

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur.

Keçidlər