Şriftin ölçüsü :

Saytın rəngi :

Xanəndə: Festival gənclərimizin mədəni və estetik tərbiyəsinin formalaşmasına böyük töhfə verir

05 iyul 2023 | 15:17

Çox əlamətdar bir gündür. Şəkidə “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçirilir. Musiqi ictimaiyyəti üçün çoxdan gözlənilən bir hadisədir. On iki ildir davam edən bu festival Azərbaycanda və onun hüdudlarından kənarda çox böyük şöhrət tapıb. Bu gün musiqisevərlərin bayramıdır. Festivala bir çox ölkələrdən – Türkiyə, Çin, Özbəkistan, Qazaxıstandan musiqiçilər, ifaçılar təşrif buyurublar və gözəl bir musiqi bayramıdır. Mən bu musiqi bayramının, festivalın təşkilatçılarına uğurlar arzulayıram. Onlar çox böyük iş görürlər. Bu, musiqimizin, mədəniyyətimizin, poeziyamızın təbliğində əvəzsiz xidməti olan bir layihədir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının iştirakçısı, ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov deyib.

Festivalda ilk dəfə iştirak etdiyini vurğulayan ustad sənətkar deyib: “Şəki şəhərində, məşhur Xan Sarayının qarşısında çıxış etmək olduqca xoşdur. Buraya çox sayda musiqisevərlər, Azərbaycan mədəniyyətinə məhəbbəti olan qonaqlar yığışıblar. Bu tədbir Azərbaycan dövlətinin mədəniyyətimizə qayğısının nəticəsidir. Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycanda mədəni inkişafa, gənclərimizin mədəni və estetik tərbiyəsinin formalaşmasına çox böyük töhfə verən bir layihədir”.

Keçidlər