Xankəndidə III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib
17 oktyabr 2025 | 17:44
15-17 oktyabr tarixlərində Xankəndi və Bakı şəhərində olmaqla “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda III Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.
Bu forum 2026-cı ildə Bakıda baş tutacaq 13-cü Dünya Şəhər Forumuna (WUF13) aparan yolun bir hissəsi kimi nəzərdə tutulub.
Forumda hökumət nümayəndələri ilə yanaşı, 60-dan çox ölkədən xarici rəsmilər iştirak ediblər.
Forumun məqsədi şəhərlərin iqlim dəyişikliklərinə davamlılığını artırmaq, sağlam və inklüziv urban inkişaf strategiyalarını təşviq etmək, həmçinin Qarabağ regionunun bərpası və dayanıqlı inkişafı üzrə beynəlxalq tərəfdaşlıqları gücləndirməkdir.







