Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro Şəkidə olub

28 oktyabr 2022 | 17:44

Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro oktyabrın 28-də Şəkiyə səfəri çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.

Görüş zamanı Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib, Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələrdən söz açıb.

Səfirliyinin müşaviri Takeya Yukihiro qonaqpərvərliyə görə minnətdarlıq edib, Şəkidə olmağından məmnun olduğunu bildirib, bu şəhərə səfərinin əsas məqsədini açıqlayıb.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.  Sonda qonağa xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “2022: Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində oktyabrın 28-də Şəki şəhərində Yaponiyanın ölkəmizdəki səfirliyinin və bu ölkənin Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri həyata keçirilib. Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin birgə hazırladıqları və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlanıb, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxmaq imkanı yaradılıb.

Keçidlər