Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub

04 may 2024 | 08:01

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe mayın 3-də Şəki şəhərində səfərdə olub.

Şəkiyə səfəri çərçivəsində yaponiyalı diplomat şəhər rəhbərliyi ilə görüşüb. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Qeyd edib ki, Şəki rayonunda sosial-iqtisadi inkişaf kənd təsərrüfatı və turizm olmaqla iki prioritet istiqamətdə aparılır. Səfirə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində rayonda reallaşdırılan layihələr barədə də məlumat verilib.

Səfir Katsuya Vatanabe qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Şəkidə olmağından çox məmnum olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Keçidlər